SON DƏQİQƏ
» » Cəlilabadda ağır yol qəzası: ölənlərin adları MƏLUM OLDU - YENİLƏNDİ

Cəlilabadda ağır yol qəzası: ölənlərin adları MƏLUM OLDU - YENİLƏNDİ

Tarix:

1-09-2018, 11:29

/ 10 333 dəfə oxundu.
Cəlilabadda ağır yol qəzası: ölənlərin adları MƏLUM OLDU - YENİLƏNDİ

Cəlilabad rayonunda baş vermiş yol qəzası nəticəsində ölən şəxslərin adları məlum olub.

GunAz.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bunlar Bakı şəhəri, Sabunçu rayon sakini, 1980-ci il təvəllüdlü İsmayılov Anar Yaqub oğlu və Zərdab rayon sakini Novruzov Əbdülxaliq Səmid oğludur.

Qeyd edək ki, onlar gecə saatlarında "VAZ 2106" markalı avtomobilin maneəyə çırpılması nəticəsində ölüb.

***

Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

GunAz.az "Report"a istinadən xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.

Belə ki, "VAZ" markalı minik avtomobili maneəyə çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ