SON DƏQİQƏ

Meksikada sərnişin təyyarəsi qəzaya uğradı

Tarix:

1-08-2018, 08:38

/ 10 256 dəfə oxundu.
Meksikada sərnişin təyyarəsi qəzaya uğradı

Nəqliyyat Nazirliyi sərnişinlərin və ekipaj üzvlərinin sayı barədə dəqiq informasiya yayıb. Təyyarənin göyərtəsində ümumilikdə 101 nəfər olub.

“Aeromexico” təyyarə qəzasını təsdiqləyib.

“Embraer 190” təyyarəsi 2431nömrəli reyslə Duranqo-Mexiko marşrutu ilə uçuş həyata keçirirdi”, - şirkət tvitterdəki mikrobloqunda bildirib.

Son məlumatlara görə, təyyarənin düşdüyü ərazi müəyyən edilib. Təyyarənin qismən dağıldığı və sağ qalanların olduğu bildirilir. Bir sıra sərnişinlər təyyarədən müstəqil çıxırlar. Zərərçəkənlər ən yaxın hospitallara göndərilir.

Duranqo ştatının qubernatoru qəza nəticəsində heç kim həlak olmadığını bildirib.

***

Meksikanın Duranqo ştatında “Aeroméxico” aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb.

GunAz.az xəbər verir ki, bu haqda “En Cambio Diario” nəşri bildirib.

Nəşrin məlumatına görə, təyyarədə təxminən 100 nəfər olub.

"Sol de Durango" nəşri bildirir ki, qəza təyyarənin şəhər mərkəzindən 40 dəqiqəlik məsafədə yerləşən Duranqo aeroportundan qalxmasından beş dəqiqə sonra - yerli vaxtla saat 16:00-da baş verib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ