SON DƏQİQƏ
» » İşıqforun qırmızı işığında keçən Niva qəza törədib, İraq vətəndaşı yaralanıb

İşıqforun qırmızı işığında keçən Niva qəza törədib, İraq vətəndaşı yaralanıb

Tarix:

30-06-2018, 09:06

/ 10 787 dəfə oxundu.
İşıqforun qırmızı işığında keçən Niva qəza törədib, İraq vətəndaşı yaralanıb

Nəsimi rayonunda iki avtomobilin toqquşması zamanı sərnişin xəsarət alıb.

GunAz.az xəbər verir ki, hadisə Abbasqulu Ağa Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, Azadlıq prospektində işıqforun yaşıl işığında yolu keçən Şahin Abbasovun idarə etdiyi 90-GF-657 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobili yolu qırmızı işıqda keçən 90-LT-808 dövlət nişanlı "Niva" markalı avtomobili vurub. Zərbənin gücündən "Mercedes"də olan sərnişin, İraq Respublikasının vətəndaşı, 19 yaşlı Mustafa Ali xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım xidmətinin əməkdaşları gəlib. Yaralı xəstəxanaya çatdırlıb.

Qəzaya uğrayan hər iki avtomobil deformasiyaya uğrayıb. Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Avtotexniki ekspertiza təyin edilib. Avtomobillər cərimə meydançasına yerləşdirilib.(Report)

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ