SON DƏQİQƏ

FHN: Ağsuçayda 4 nəfər xilas edildi

Tarix:

2-06-2018, 19:33

/ 10 313 dəfə oxundu.
FHN: Ağsuçayda 4 nəfər xilas edildi

Ağsuçayda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib.

Gunaz.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonu, Ağsuçay çayının Qaleybuğurd kəndi ərazisindən keçən hissəsində 4 nəfər "UAZ" markalı minik avtomobilinin içərisində köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Mülki Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri vətəndaşların xilas olunmasını təmin ediblər.

Əməliyyat başa çatıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ