SON DƏQİQƏ
» » FHN: Dənizdən meyiti tapılan şəxslərin kimliyi müəyyənləşib

FHN: Dənizdən meyiti tapılan şəxslərin kimliyi müəyyənləşib

Tarix:

25-05-2018, 11:52

/ 10 461 dəfə oxundu.
FHN: Dənizdən meyiti tapılan şəxslərin kimliyi müəyyənləşib

24 may 2018-ci il tarixində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) aşkarlanan rezin qayıq və içərisində olan 2 nəfərin meyiti Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi ilə sahilə gətirilmiş və aidiyyəti üzrə təhvil verilib.

Gunaz.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, meyitlərə ilkin baxış zamanı onların bu il aprelin 18-də itkin düşən Sumqayıt şəhər sakinləri 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlu olması müəyyənləşib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ