SON DƏQİQƏ

150 min manatlıq DƏLƏDUZLUQ

Tarix:

2-05-2018, 12:35

/ 10 381 dəfə oxundu.
150 min manatlıq DƏLƏDUZLUQ

İş adamı Abdulla Məmmədov küllü miqdarda dələduzluqla üzləşib.

Gunaz.az  xəbər verir ki, A.Məmmədov Binəqədi RPİ-nə şikayət edərək bildirib ki, 2016-cı ilin mart ayında “Samir-istehsal” MMC-nin  təsisçisi Nəzərov Müsaməddin Cəfər oğluna beton zavodu açmaq adı ilə 150 min manat pul verib. Ancaq 2 il keçməsinə baxmayaraq Müsaməddin adlı şəxs nə zavod açıb, nə də pulu qaytarıb. 

Faktla bağlı İstintaq Şöbəsində araşdırmalara başlanılıb. Əgər Müsaməddin Nəzərovun cinayət əməli sübut olunsa, ona qarşı cinayət məcəlləsinin 178.3.2-ci ( dələduzluq; küllü miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ