SON DƏQİQƏ
» » Zaqatala və Şəkidə ölümlə nəticələnən qəzalar baş verib

Zaqatala və Şəkidə ölümlə nəticələnən qəzalar baş verib

Tarix:

8-02-2018, 11:04

/ 1 041 dəfə oxundu.
Zaqatala və Şəkidə ölümlə nəticələnən qəzalar baş verib

Hadisə Zaqatala rayonunun Əliabad qəsəbəsidə qeydə alınıb.

Gunaz.az-a DİN-dən verilən məlumata görə, ötən gün günorta saatlarında qəsəbə sakini İdris Ağaməmmədov idarə etdiyi “MTZ-80” markalı traktorla yolu keçən həmyerlisi, 8 yaşlı Əli Cavadovu vurub və nəticədə uşaq hadisə yerində ölüb. 

Faktla bağlı Zaqatala RPŞ tərəfindən cinayət məcəlləsinin 263.2-ci maddə ilə cinayət işi başlanıb, araşdırma aparılır. Digər ölümlə nəticələnən qəza isə Şəki rayonunun Baş Zəyzid kəndində qeydə alınıb. 

Belə ki, günün günorta çağı Şəki rayonunun Baş Zəyzid kəndində rayon sakini Tamerlan Sofubəyov idarə etdiyi “VAZ-21074” markalı avtomobili ağaca vurub. Nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb. Bu faktla əlaqədarda Şəki ŞRPŞ-də araşdırmalara başlanılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ