SON DƏQİQƏ

Suraxanıda iki avtomobil oğurlandı

Tarix:

21-01-2018, 14:31

/ 787 dəfə oxundu.
Suraxanıda iki avtomobil oğurlandı

Bakının Suraxanı rayonunda avtomobil oğurluğu edilib.

Gunaz.az xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinə Yeni Günəşli və Zığ qəsəbələrindən 2 avtomobilin qaçırılması barədə məlumatlar daxil olub.

Araşdırmalarla Yeni Günəşli ərazisindən Bakı şəhər sakini Toğrul Əhmədovun “VAZ-2104”, Zığ qəsəbəsindən isə Mürsəl Quliyevin “VAZ-21074” markalı avtomobillərin qaçırılmaları müəyyən edilib.

Təxirəsalınmaz tədbirlərlə “VAZ-2104” markalı avtomobil qısa zamanda Naximov küçəsində tapılıb.

Əməliyyat-axtarış tədbirləri ilə maşınları qaçırmaqda şübhəli bilinən şəxs də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini Amin Ramazanov olması müəyyən edilib.

скачать dle 12.1

Şərhlər