SON DƏQİQƏ
» » İsraildə toqquşmalar zamanı 4 fələstinli güllə yarasından ölüb

İsraildə toqquşmalar zamanı 4 fələstinli güllə yarasından ölüb

Tarix:

16-12-2017, 07:29

/ 1 295 dəfə oxundu.
İsraildə toqquşmalar zamanı 4 fələstinli güllə yarasından ölüb

Cümə günü ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə bağlı keçirilən növbəti etiraz aksiyası fonunda israillilərlə toqquşmalar zamanı 4 fələstinli aldığı güllə yarasından dünyasını dəyişib.

Gunaz.az "Report"a istinadən bildirir ki, bu barədə Fələstin Milli Administrasiyasının Səhiyyə Nazirliyi məlumat yayıb.
İordan çayının Qərb sahilində və Şərqi Qüdsdə toqquşmalar cümə namazından sonra kəskinləşib. Fələstinlilər təkər yandırmağa və İsrail sərhədçilərinə daş atmağa başlayıblar. Qarşı tərəf buna cavab olaraq hücum edənlərə atəş açıb və gözyaşardıcı qaz tətbiq edib.
Məlumatda bildirilir ki, sutka ərzində 400-ə yaxın fələstinli xəsarət alıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ