SON DƏQİQƏ
» » Fransada matç zamanı azarkeşlər tribunadan yıxılıb: xəsarət alanlar var

Fransada matç zamanı azarkeşlər tribunadan yıxılıb: xəsarət alanlar var

Tarix:

1-10-2017, 19:09

/ 1 822 dəfə oxundu.
Fransada matç zamanı azarkeşlər tribunadan yıxılıb: xəsarət alanlar var

Fransada "Amen" və "Lill" komandaları arasında keçirilən matç zamanı baryerin aşması nəticəsində azarkeşlər tribunadan yıxılıb.
"Report"un məlumatına görə, bu barədə "RFI" xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə "Stad de la Likorn" stadionunda, matçın 16-cı dəqiqəsində, "Lill" komandasının ilk qolundan sonra baş verib. Belə ki, "Lill"in azarkeşləri ilk qoldan sonra baryerə çıxıblar. Lakin baryer ağırlığa tab gətirməyib və seyrçilər bir-birlərinin üstünə yıxılıblar.
Hadisə zamanı 29 nəfər xəsarət alıb. Onlardan 5-nin xəsarəti ağırdır.
Qeyd edək ki, matç hadisə ilə əlaqədar təxirə salınıb.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ