SON DƏQİQƏ

Van Dammın oğlu həbs olundu

Tarix:

12-09-2017, 23:51

/ 541 dəfə oxundu.
Van Dammın oğlu həbs olundu

Tanınmış aktyor Jan-Klod Van Dammın kiçik oğlu, 21 yaşlı Nikolas Van Varenberq ABŞ-da otaq qonşusunu bıçaqla hədələdiyi üçün həbs edilib.

Xəbər verilir ki, yerli polis hadisənin Arizona ştatının Tempe rayonunda baş verdiyini açıqlayıb.

Məlumata görə, Van Dammın oğlu yaşadığı binanın liftini yumruqlayaraq əlini yaralayıb. Polis qan izi ilə bunun aktyorun oğluna aid olduğunu müəyyən edib. Onlar Varanberqin otağına gələrək məsələyə aydınlıq gətiriblər. O, polis gedəndən sonra otaq yoldaşını bıçaqla hədələyib. Qonşusunun sözlərinə görə, Van Dammın oğlu onun polisə qapını açmasından hiddətləndiyi üçün bu addımı atıb.

Bundan sonra asayiş keşikçiləri Nikolasın yaşadığı mənzildə axtarış aparıblar. Axtarış-əməliyyat tədbiri nəticəsində Varanberqin mənzilindən bıçaq və qadağan olunmuş maddə aşkarlanıb.

Qeyd edək ki, Van Dammın iki oğlu, bir qızı var. (report)

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ