SON DƏQİQƏ

PKK bələdiyyə sədrinin müavinini öldürdü

Tarix:

2-07-2017, 15:40

/ 3 599 dəfə oxundu.
PKK bələdiyyə sədrinin müavinini öldürdü

PKK terrorçuları Türkiyənin Van vilayətinin Özalp rayonunun bələdiyyə sədrinin müavini, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü Aydın Ahini qətlə yetiriblər.

GUNAZ.az xəbər verir ki, bələdiyyə sədrinin vəzifələrini icra edən A.Ahi ötən gecə yaşadığı evdən terrorçular tərəfindən oğurlandıqdan bir qədər sonra öldürülüb.

Hadisə ilə əlaqədar bölgədə genişmiqyaslı əməliyyat başlayıb.

Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş Tvitter hesabından yazdığı açıqlamada cinayəti  qınayaraq bildirib ki, bu xain hücumlar terror təşkilatlarına və onları dəstəkləyənlərə qarşı apardığımız mübarizəni əsla sarsıda bilməz.(Axar.az)

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ