SON DƏQİQƏ

Kütləvi zəhərlənmə: 9 ölü, 200 yaralı

Tarix:

31-05-2017, 09:48

/ 1 865 dəfə oxundu.
Kütləvi zəhərlənmə: 9 ölü, 200 yaralı

Hindistanda dini mərasimdə ibadətdən sonra 9 nəfər qidadan zəhərlənərək ölüb.
 Hadisə Meqhalay ştatında baş verib. Hadisə zamanı həmçinin yüzlərlə insan zəhərlənib.
"Yeddisi yeniyetmə yaşlarına çatmamış şəxs olmaqla, səkkiz nəfər Nongkya kəndində qidadan zəhərlənərək ölüb" – deyə dairə komissarının müavini bildirib. Bildirilir ki, sakinlər düyü və donuz ətini yeyiblər.
Hindistanın Səhiyyə Nazirliyinin yüksək vəzifəli məmurunun sözlərinə görə, yeniyetmə yaşına çatmamış daha 1 nəfər Umsninq şəhərində ölüb. Məlumatda həmçinin bildirilir ki, 200-ə yaxın sakin qidadan zəhərlənib. Onların əksəriyyəti xəstəxanaya yerləşdirilib.
Qida nümunələri Quaxati şəhərindəki tibbi laboratoriyaya göndərilib. (report)

GUNAZ.az 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ