SON DƏQİQƏ

Tovuzda mini-dinozavr skeleti tapıldı - Foto

Tarix:

18-05-2017, 22:15

/ 2 896 dəfə oxundu.
Tovuzda mini-dinozavr skeleti tapıldı - Foto

Tovuzda mənşəyi bəlli olmayan heyvan skeleti tapılıb.
Teleqraf.com xəbər verir ki, ilk baxışdan dinozavr skeletini xatırladan heyvanın mənşəyini bəlli deyil.
Tovuzun İbrahim Hacılı kəndində tapılan naməlum heyvannın skeleti görənlərin böyük marağına səbəb olub. Sakinlər kənddə ilk dəfədir ki, bu cür bədheybət gördüklərini deyirlər. Naməlum bədheybətin qalıqlarını kənd sakini Mürvət Quliyev küçədəki daşların arasında aşkar edib.
Kənd camaatı deyir ki, kənddə dələ, siçovul kimi gəmiricilər olsa da, bu, onların heç birinə bənzəmir. Heyvanın dişləri, dırnaqları onlara xas deyil. Kəndin yaşlı insanları da indiyə qədər belə varlığa rast gəlmədiklərini deyirlər.
Gün ərzində skeleti görmək üçün yüzlərlə insan tamaşaya gəlir.
Skeletin bir neçə gündən sonra araşdırılmaq üçün aidiyyəti üzrə təhvil verilməsi nəzərdə tutulur.

GUNAZ.az

Tovuzda mini-dinozavr skeleti tapıldı - Foto

Tovuzda mini-dinozavr skeleti tapıldı - Foto
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ