SON DƏQİQƏ
» » Yevlaxda ağır yol qəzası baş verib, 6 nəfər ölüb - FOTO - YENİLƏNİB

Yevlaxda ağır yol qəzası baş verib, 6 nəfər ölüb - FOTO - YENİLƏNİB

Tarix:

12-05-2017, 22:32

/ 4 064 dəfə oxundu.
Yevlaxda ağır yol qəzası baş verib, 6 nəfər ölüb - FOTO - YENİLƏNİB

Yevlax rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsində ölənlərin üçü Yevlax, üçü isə Mingəçevir şəhərinin sakinləridir.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə zamanı hər iki avtomobildə 3 nəfər olub. 
Ölənlərdən 3-ü Yevlaxın Salahlı kəndinin, digərləri isə Mingəçevir şəhərinin sakinləri, "Veysəloğlu” şirkətinin əməkdaşlarıdır.
Cəsədlərin avtomobillərdən çıxarılmasına FHN-nin Mingəçevirdən göndərilmiş briqadası cəlb edilib və xüsusi alətlərdən istifadə olunub. 
Qeyd edək ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ-21015" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb. 
***20:53
Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 
"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 
Belə ki, "VAZ-21015" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb. 
Faktla bağlı araşdırma aparılır. 

GUNAZ.az 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ