SON DƏQİQƏ
» » "Facebook" sosial şəbəkə vasitəsilə canlı yayımlanan qətlə münasibət bildirib

"Facebook" sosial şəbəkə vasitəsilə canlı yayımlanan qətlə münasibət bildirib

Tarix:

17-04-2017, 08:07

/ 3 955 dəfə oxundu.
"Facebook" sosial şəbəkə vasitəsilə canlı yayımlanan qətlə münasibət bildirib

"Facebook" ABŞ-da bu sosial şəbəkə vasitəsilə canlı yayımlanan qətl hadisəsi ilə bağlı bəyanat yayıb.
"Report" xəbər verir ki, şirkət bazar günü yayılan məlumatda baş verən hadisəni "dəhşətli cinayət" adlandırıb.
"Bu dəhşətli cinayətdir və biz bu tip kontentlərin "Facebook"a yerləşdirilməsinə icazə vermirik", - deyə sosial şəbəkə nümayəndələri bildiriblər.
"Biz "Facebook"da təhlükəsiz mühiti saxlamaq üçün səylə çalışırıq və fövqəladə vəziyyətlərdə – fiziki təhlükəsizliyə birbaşa təhlükə yarandığı zaman hüquq-mühafizə orqanları ilə əlaqədə oluruq", - deyə məlumatda bildirilir.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər