SON DƏQİQƏ

Bakıda 2 uşaq atası özünü asdı

Tarix:

17-03-2017, 14:28

/ 3 826 dəfə oxundu.
Bakıda 2 uşaq atası özünü asdı

Bu gecə Bakıda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

 Lent.az-a istinadən xəbər verilir ki, saat 22 radələrində Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində kirayə yaşadığı evin həyətində özünü asan 33 yaşlı Qismət Yusubov ailəli, 2 uşaq atası olub. Əslən Lənkəranın Bəliton kəndindən olan Qismət Yusubov xeyli vaxtdır, işsiz imiş. O, dünən axşam saatlarında həyat yoldaşı və uşaqları yaxın qonşunun evində olarkən həyətdəki üzüm çardağından özünü kəndirlə asıb. Az sonra qonşudan qayıdan qadın və uşaqları həyətdə dəhşətli mənzərə ilə qarşılaşıblar.
Bildirilir ki, Q.Yusubovun heç kimlə problemi olmayıb və psixi durumu normal imiş.
Araşdırmalar davam etdirilir.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ