SON DƏQİQƏ
» » Bir ay əvvəl azadlığa çıxdı və cinayət törətdi

Bir ay əvvəl azadlığa çıxdı və cinayət törətdi

Tarix:

16-03-2017, 21:07

/ 5 955 dəfə oxundu.
Bir ay əvvəl azadlığa çıxdı və cinayət törətdi

Astara rayonunda bir ay əvvəl həbsdən azad olunan şəxs yenidən cinayət törədib.
Hadisə rayonun Şahağacı kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Manafov Güləli Yusif oğlu həmkəndlisi və dostu Quliyev Şahmehdi Şöhrəddin oğlu tərəfindən bıçaqlanıb.
G. Manafov yaxınları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Cinayəti törətməkdə təqsirli bilinən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Ş. Quliyevin məhkumluq həyatı yaşadığı, bir ay öncə cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldığı bildirilir.
Fakt araşdırılır.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ