SON DƏQİQƏ

Dəhşətli qəza

Tarix:

18-10-2024, 22:03

/ 3 134 dəfə oxundu.
Dəhşətli qəza

Balakəndə ölümlə nəticələnən qəza baş verib.
"GunAz.az" xəbər verir ki,  hadisə bu gün günorta rayonun İtitala kəndi ərazisində qeydə alınıb.
Belə ki, VAZ-2106 markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Surac Ramazanovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə Allahverdi Osmanovun idarə etdiyi VAZ-21011-lə toqquşub, daha sonra isə divara dəyib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, S.Ramazanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb.
скачать dle 12.1

Şərhlər