Terrorçular tərəfindən 150-yə yaxın uşaq qaçırıldı
Tarix:
22-01-2017, 21:16
/ 4 054 dəfə oxundu.
"İslam Dövləti" qruplaşması (İŞİD) İraqın Telafer şəhərindən 150-yə yaxın uşağı qaçırdıb. Uşaqların terrorçu kimi yetişdirilmək üçün qaçırıldığı bildirilir. İraqın Ninova millət vəkili Nahla al Hababi bildirib ki, qaçırılan uşaqlar partlayıcı kəmər və bombalı maşınların partladılmasında istifadə edilir. "İslam Dövləti" qruplaşmasının oğurladığı, ancaq terrorçulardan qaçmağı bacarmış uşaqlardan biri "Daily Star" qəzetinə müsahibəsində deyib ki, İŞİD uşaqlarını verməyən ailələri öldürür, qaçırılan uşaqlara isə hərbi təlimlər keçir.