Bu şəhərdə yaşamaq üçün 2 MİN AVRO TƏKLİF EDİLİR - RƏSMİ

Bu şəhərdə yaşamaq üçün 2 MİN AVRO TƏKLİF EDİLİR - RƏSMİ

Əgər siz İtaliyaya köçməyi planlaşdırırsınızsa, bilin, bu şəhərciyi seçsəz 2 min avro qazanacaqsınız.

Gunaz.az bildirir ki, Kandela şəhərinin meri Nikola Qatta şəhər üzrə əhalinin sayını normal hesab edilən 8 min nəfərə çatdırmaq üçün maliyyə bonusu elan edib.Bu şəhərdə yaşamaq üçün 2 MİN AVRO TƏKLİF EDİLİR - RƏSMİ

"Mən istəyirəm ki, yerli sakinlərin sayı heç olmasa 8 min nəfərə çatsın. Necə ki doxsanıncı illərdə belə idi - Kandelanı səs-küylü küçələrə görə "Kiçik Neapol" adlandırırdılar, şəhər turistlərlə və tacirlərlə dolu idi", - mer CNN-ə müsahibəsində bildirib.

Hazırda şəhərdə cəmi 2700 sakin var və onlar əsasən yaşlılardır. Cənab Qatta yeni daimi sakinlər üçün bələdiyyə fondu açıb.

Bu şəhərdə yaşamaq üçün 2 MİN AVRO TƏKLİF EDİLİR - RƏSMİMerin “sağ əli” Stefano Başianelli bu təşəbbüsün necə işləyəcəyini izah edir: "Biz tək insanlar üçün 800 avro, gənc cütlüklər üçün 1200 avro, 4 və daha çox insandan ibarət ailələr üçün isə 2000 avro nəzərdə tutmuşuq".

Şəhərin birinci şəxsinin təşəbbüsü artıq öz bəhrəsini verməkdədir. Belə ki, Şimali İtaliyadan 6 ailə artıq Kandelaya köçüb və bonusu alıb. Sözün qısası, bələdiyyə öz vədinə sadiqdir və Kandelanın əvvəlki şöhrət və cazibədarlığını qaytarmaq üçün ilk addımları atmağa başlayıb.(Publika.az)

 

скачать dle 12.1
Geri qayıt