Belə polislərimizlə FƏXR ETMƏMƏK OLMUR...

Belə  polislərimizlə FƏXR ETMƏMƏK OLMUR...
Bu gün DİN-i cənab general-polkovnik  V.Eyvazovun rəhbərliyi ilə ilin 9 ayı hesabat xarakterli kollegiya iclası keçirilib...Cənab Nazir bütün hesabatları dinlədikdən sonra ənənəvi olaraq Respublikada vətəndaş məmnunlugunun təmin edilməsi tövsiyyəsini bir daha Polis Rəislərinin diqqətinə çatdırıb...
Cənab Xalqın Nazirinin vətəndaş məmnunlugunu təmin edən , həyata keçirən B.Ş.D.Y.P.İ.-i , Nəsimi , Sabunçu , Nərimanov R.P.İ.-inin gördüyü işlər göz qabagındadır...Əfsus ki ən çox şikayətlər olan bəzi  R.P.İ - ndən , əsasəndə istintaq -təhqiqat şöbələrindəndir...İnanıram ki cənab Nazirimizin çıxışından sonra həmin rayonlarda da vətəndaş məmnunluguna  xələl gətirən şəxslər də sələflərindən nümunə götürəcək...Bu gün Respublikamızda dövlət çevrilişinə xidmət edənlər , onların qohum -əqrabaları tam zərərsizləşdiriləcək..Ona görədə cənab Nazirin tövsiyyələrinə əməl etməyənlər öz cəzalarını alacaq...!                             
P.S. bir vətəndaş mənə yazır ki , Zabratda "Ayxan " marketin qarşısında maşını xarab olub. Özü və həyat yoldaşı maşının arxasından itələyərək tıxacdan çıxarmaq istəyirlər...Gücləri çatmır..heç kimdə kömək etmir , yalnız bərkdən siqnal  verirlər...Bu zaman qəfildən DYP formasınada olan iki nəfər onların köməyinə gəlir və maşını təhlükəsiz əraziyə çıxarırlar...Vətəndaş sonradan bilir ki onun xarab maşının arxasından basıb itələyən Sabunçu R.P.İ .-n  Y.P.Ş - n Hafiz adlı rəisi və köməkçisi olub...Belə  polislərimizlə fəxr etməmək olmur... Vətəndaş məmnunlugunu təmin etmək budur!!!
Abuzər CƏFƏRLİ
скачать dle 12.1
Geri qayıt