Anım Günü ilə bağlı ağacəkmə aksiyaları keçirilib

Anım Günü ilə bağlı ağacəkmə aksiyaları keçirilib
 Qaradağ rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş 27 sentyabr- Vətən müharibəsi şəhidlərinin Anım Gününə ehtiram əlaməti olaraq Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı-Ələt (Qazax) yolunun 30-cu kilometrliyində ağacəkmə aksiyası keçirilib.
GunAz.az bildirir ki, Aksiyada Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Millət vəkilləri Aydın Hüseynov, Səbinə Xasıyeva, Zaur Şükürov, Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Hüquq Mühafizə orqanlarının rəhbərləri,  şəhid ailələrinin üzvləri  və rayonun fəal sakinləri iştirak etmişlər.    
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb.
İctimaiyyət nümayəndələri ümumilikdə 500 ədədən çox müxtəlif növ ağac əkiblər. Burada əkilən ağacların fasiləsiz olaraq suvarılması, ağacların hər zaman yaşıl qalması və torpağın münbit olması üçün damcı ilə suvarma sistemi quraşdırılıb.


скачать dle 12.1
Geri qayıt