"Mənə elə gəlir ki,yazıçılar içində Allaha ən yaxın olanları dramaturqlardır"-Nazim HİKMƏT

19 may 2024 - cü il tarixində Bakı şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS - nin 9 N - li kitabxana filialı Nardaran qəsəbə Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi , böyük dramaturq , şair və nasir , teatrşünas , tərcüməçi , kinossenarist , jurnalist , aktyor , tərcüməçi , Azərnaycan SSR əməkdar incəsənət xadimi Cəfər Cabbarlının 125 illik yubileyinə həsr olunmuş " Mən bir susmaz duyğuyam ki "... adlı tədbir keçirib .Tədbirdə Azərbaycan Respublikasının Xalq Artisti , professor Vamiq Məmmədəliyev , C . Cabbarlının nəvələri Bəhlul Abbasov və Qəmər Bağırova , Azərbaycan Respublikasının Xalq Artisti Azad Şükürov fəxri qonaqlar sırasında yer alıb .Tədbiri giriş sözü ilə 9 N - li kitabxana filialının müdiri açıq elan edib . Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib . Tədbir Tale Sadiq və Aynur Cabbarlının iştirakı ilə " Mən Cəfəri anarkən " kompozisiyası ilə başlayıb .Sonra Azərbaycan Yazıçılar Birliyi və Teatr Xadimləri İttifaqının üzvü , sənətşünas Seymur Elsevər C .Cabbarlı yaradıcılığı haqda geniş çıxış edib .Sözləri və musuqisi C.Cabbarlıya aid olan " Sevil " əsərindən Sevilin dilindən səslənən "Elə demə , zalım yar " mahnısını və " Solğun çiçəklər " əsərindən Saranın oxuduğu , musiqisi Qənbər Hüseynliyə məxsus olan mahnını Azərbaycan Televiziyası və Radiosu " Dan Ulduzu " instrumental ansamblının solisti Rövşən Əziz ifa edib . Onu tarda Saleh Salahov , kamançada Ceyhun Muradov , nağarada Əkbər Məmmədov müşayiət edib . " Solğun çiçəklər " dən Bəhramın monoloqunu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Paşa Ağayev söyləyib .
" Sevil " pyesindən səhnəciklə 295 N - li tam orta məktəbin şagirdləri - Bağırova Nuranə , Tağıyev Cəmaləddin , Əsgərzadə Aytac , İbrahimova Səriyyə çıxış ediblər . Aktyor və qiraətçi , Azərbaycan Respublikasının əməkdar , professor Artisti Azad Şükürov " Ana " şeirini səsləndirib ." Ədirnə - Fəthi " əsərindən Ənvər paşanın monoloqu və " Turan ellərinə salam söyləyin " şeirini 295 N - li məktəbin şagirdi Taleh Vəlizadə söyləyib . Azərbaycan Respublikasının Xalq Artisti Teyyub Aslanov C.Cabbarlının " Türk marşı " və " Almaz " əsərindən Yaxşının ifa etdiyi "Gərək günəş dağları aşıb sönməyəydi " mahnısı ilə çıxış edib .Onu Respublikanın əməkdar artistləri - tarda Əliağa Sədiyev , kamançada Toğrul Əsədullayev müşayiət edib . Xalq Şairi Nəbi Xəzrinin yadigari Arzu Babayev və nakam şair Mikayıl Müşfiqin nəslinin nümayəndəsi Vahab İsmayılzadə çıxış edib . "Həyat , söylə sən kiminsən " şeirini 318 N - li məktəbin Ill sinif şagirdi Məhərrəmov Səid , " Qara gözlər " şeirini Nazim İsmayəlov adına 80 N - li tam orta məktəbin şagirdi Bayramlı Əkbər , " Ölkəm " şeirini 295 N - li tam orta məktəbin şagirdi Cəbrayılov Həsən söyləyib . "Nardaran ədəbi məclisi " nin üzvləri Alxaszadə Hüseyn "Od gəlini " əsərindən Elxanın monoloqu , Məcidov ibrahim qəzəllə çıxış ediblər .130 N - li tam orta məktəbin şagirdləri birlikdə Rauf Məmmədovun " Yaşa Azərbaycan " mahnısını oxuyublar . " C. Novruz adına Mədəniyyət fondu " nun idarə heyətinin üzvü , Günaz . az saytının redaktoru Rəsmiyyə Heybətağaqızı çıxış edib .Səhnəyə dahi Cəfər Cabbarlının nəvəsi , C. Cabbarlının Bakıdakı ev muzeyinin direktoru , Əməkdar mədəniyyət işçisi Qəmər Bağırova dəvət olunub , tədbir haqqında xoş təəssüratlarını söyləyib .Tədbirin sonunda 9 N - li kitabxana filialının müdiri iştirakçılara təşəkkürnamə təqdim edib .

Rəsmiyyə HEYBƏTAĞAQIZI