Allahım, abrımı alma əlimdən
Üzümdə bir damcı həya qalıbsa,
Allah, o həyamı alma əlimdən.
Bəndən haqq sözünü yada salıbsa ,
Bir kəlmə yalan söz çıxmaz dilimdən,
Allahım , abrımı alma əlimdən.
Çoxalıb yolunu azan adamlar,
Dağılır xanıman, mülklər, o damlar ,
Haqqı söyləyəni haqsızlar damlar.
Məni zirvələrə qaldır, əlimdən,
Allahım, abrımı alma əlimdən.
Hər günahı Rəbbim , sanma bağışlar,
Şər günahı yumaz leysan yağışlar.
Yalvarar Rəbbimə məsum baxışlar,
Gəl məni ayırma doğma gülümdən,
Allahım, abrımı alma əlimdən.
Kafirlər əlində inləyir dünya,
Dağıdır aləmi , dinləyir dünya
Niyə yaxşıları dənləyir dünya?
Günlər ağır keçir, ili ilindən,
Allahım , abrımı alma əlimdən .
Allahım, abrını alma əlimdən.
Dünyanı məhf edir , sökür şeytanlar,
Məzlumun belini bükür şeytanlar
Gedər gəlməz yerə əkir şeytanlar,
Raufa xəbər ver doğma elimdən,
Allahım, abrımı alma əlimdən.
Rauf İLYASOGLU,