Mənim...

Mənim...

Sərvər Məsum

Ruhum məndə deyil laməkandayam
Axtarma dünyada yerimi mənim.
Nahaqqa qarşıyam , haqq yanındayam
Tapsanız soyarsız dərimi mənim.

Tanrıya sevgidir ən böyük sevgi,
Vətəndir , millətdir...dövlət , birdə ki...
Bir ovuc qanımdı şeirimdəki,
Bilirsiz özümü , şerimi mənim.

Bu fani dünyanı gəzib gedəcəm,
Dərdlər ürəyimdə dözüb gedəcəm,
Bir gün bu dünyadan bezib gedəcəm,
Bir torpaq biləcək sirrimi mənim.

скачать dle 12.1
Geri qayıt