Vətən dedik...

Vətən dedik...

Sərvər Məsum

Oturduq , yürüdük , durduq , dayandıq
Haykırdıq , bağırdıq , ey vətən dedik...
Seyr etdik , üzüldük , susduqca yandıq
Sakitcə çağırdıq , hey vətən dedik...

Qırıldı hardasa gəlmədi ardı,
Tamah çoxlarının başını yardı,
Olanı-olmazı nankor apardı,
Biz də yeyib-içdik mey , vətən dedik...

Üzünə-gözünə bəzək vurdular,
Üstündə nə qədər oyun qurdular,
Alıb çılın-çılpaq soyundurdular,
Sonra da əynini , gey vətən dedik...

скачать dle 12.1
Geri qayıt