NAR
Allah birdir, şərik yoxdur dünyada,
O nə doğmuş, nə də ki, doğulmuşdu.
Nar cənnət meyvəsidir, çıraq tək işıq saçar,
Yer də, ulduz da, Günəş də dairəsi gül açar.
Nar səthinə fikir ver, dağ-dərə də, düz də var,
Nar dənəsi - insanlar mehriban yaşayarlar.
Ölkələr bir-biriylə sərhədlə ayrılırlar,
Narda pərdələr sanki sərhəddi ayırırlar.
Dirilik dənəsi var, ehtiyat ilə kəsin,
Narı bölüb yeyəndə, çalış yerə düşməsin.
Narın tacı məsciddə minarəyə bənzəyir,
Allahın taxt-tacına o da belə baş əyir.
Narı qurd yeyən zaman tapa bilməzsən safın,
Şeytan girsə qəlbinə, eşit bu söz sərrafın.
Ruhdan düşən insan şeytan tez məhv eyləyir,
Hikmətli duyanlara Rauf ömür diləyir.