TÜRK OĞLUYAM....
Doğu mənim , Batı mənim ,
Türkün əzəl zatı mənim ,
Millətin əzəməti mənim ,
Göy Tanrıya görkəm bilin ,
Türk oğluyam türkəm bilin .
Sibir , Ural mənim elim ,
Həlim türkcə mənim dilim ,
Bozkırlardan dönüm gəlim ,
Bozkırlardı ölkəm bilin ,
Türk oğluyam türkəm bilin.
Uyğurdan gələn səs mənəm ,
Noqay , yakut , çərkəs mənəm ,
Tatar , özbək , hər kəs mənəm ,
Dağdan-daşdan möhkəm bilin ,
Türk oğluyam türkəm bilin.
Oğuz , qıpçak mənim soyum ,
24 -- dür igid boyum ,
Birdir bu gün yasım , toyum ,
İgidlikdə təkəm bilin ,
Türk oğluyam türkəm bilin
Sərvər Məsum