Dilənçi
Dilənçi
Paytaxtda nə qədər dilənçi dilənir?
Sən də dilənçisən, mən də dilənçi,
Dilənə bilirsən, bəs mən nə edim?
Dilənmək sənətdir, yoxsa ki peşə,
Həya imkan vermir, bəs mən nə edim?
Nə zavod açılır, nə də ki fabrik,
Məşğulluq adıyla pullar yeyilir.
Xəstəlik yayılır düzü dünyaya,
Bu xalqı məhv etmək buna deyilir?
Dövlət iş yerləri bəs niyə açmır?
Gənclərin gözündə ümidlər dolur.
Əlimdə diplom var, ixtisas ölür,
Arzumuz puç olur, rəngimiz solur.
Utanır ürəyim, dözürəm hələ,
Qürurum əl vermir, necə dilənim?
Sən dilənirsənsə, hər tin, hər küçə,
Mən də əlil oldum, susum, dillənim?
Aldığım təqaüd bəs kimə çatar,
Ödəyə bilmirəm kommunal xərci.
Bu xalqı çarəsiz buraxan zaman,
Məmurlar udurlar hər zaman mərci.
Qalibik, tarixə yazılmış adla,
Biz haqqın yanında daim qalağın .
Keyfiyyət, bərəkət qayıtsın yurda,
Biz halal çörəyə sahib olağın .
Elm öyrən, olsa da lap uzaq Çində ,
Biz əkib becərək kəndin içində,
Dövlət kömək olsun hər bir çətində,
Bol məhsul toplayaq xalqım üçün də .
İşlə təmin olsun hər cəza çəkən,
Qurtarsın bədəndən zərərli niyyət.
Əmək qazandırsın, ayılsın vicdan,
İnsanlar etməsin bütlərə beyyət.
Qadağan olunsun rüşvət ölkədə,
Qanun alçalmasın öz hörmətiylə.
Yenə uşaq pulu gəlsin evlərə,
İnsanlar yaşasın ləyaqətiylə.
Rauf İLYASOGLU.
