FATİHƏ SURƏSİNİ OXUYARKƏN-Rauf İlyasoğlunun qələmindən

FATİHƏ SURƏSİNİ OXUYARKƏN-Rauf İlyasoğlunun qələmindən
FATİHƏ SURƏSİNİ OXUYARKƏN

Quranın ilk surəsi bil, Fatihə adlanır,
Hər ayənin hikmətin görən nadanlar qanır?
Mərhəmətli rəhmli Allahın adı ilə,
Bismillahir Rəhmanir Rəhim kəlməsi ilə
Həmd olsun Allahıma, aləmlərin rəbbinə,
Haqq-hesab çəkən günün yeganə sahibinə,
Sənə ibadət edib səndən yardım dilərik.
Yönəlt bizi düz yola, nemətini görərik.
Azanların yolundan Allah bizi uzaq et,
Qəzaba düçar olan azğınlardan iraq et.

Rauf İlyasoğlu
Həkəri" qəzetinin baş redaktoru, şair- publisist, tədqiqatçı jurnalist
скачать dle 12.1
Geri qayıt