"MÖHTACIQ"

"MÖHTACIQ"
Fəridə ləmanın"MÖHTACIQ"şeirini oxuyandan sonra yazar barədə edəcəyim minnətdarlıqdan çox, özümə minnətdarlıq etdim ki,nə əcəb bu şeiri oxudum. Şeirin birinci bəndinin ilk beytində oxucu sarmaşıq kimi şeirə sarmaşır və ondan mənən qidalanır,ayrıla bilmir.
"Vardır ürəyimdə min-min arzular, Yaşılın rəngində,alın rəngində"beytində şairə xanım istəklərdən yox,arzulardan bəhs edir. Mən istək sözünü ona görə işlətdim ki,istəyə nail olmaq asandır,arzulara çatmaq bir qədər çətindir.Arzunun məsafəsi çox uzaq olur.Beytin ikinci misrasında yazılan arzunun rəngli olmasını şeiriyyatda birinci dəfə görürəm(ola bilsin ki,var,amma,bu rəngdə olmaz) və bu təqdir ediləsidir."Yaşıl"rəngdə inam,iman,rahatlıq,"al" rəngdə sevinc,istək mövcuddur.
 "Çoxu da qarıyıb qalıb köksümdə,Qaralıb qapqara xalın rəngində"beytində mübhəmlik(ər.qeyri-müəyyən və s.) olduğu üçün oxucunu düşünməyə vadar edir və deyə bilinməyən arzunun nədən bəhs etdiyin düşünür,buna cavab axtarır.Şeirin ikinci bəndində YARADANIN yaratdığından məchul saxladığı, FAİLİ-MUXTARLIĞIN dərkindən kənar olan məsələlərə toxunulmuş,həyatın gedişinə heç vəchlə mane ola bilməməyimiz bəyan edilir.Necə ki,"İllər yəhərlidir çapır atını, Kəndiri əlimə keçmir ki,keçmir"beytində deyilir.Şeirin üçüncü bəndi daha maraqlıdır. 
ADƏMLƏ HƏVVANIN yaradılışından ta bu günə kimi və bundan sonra yaradılışımıza vəsilə olan,yarandığımıza qayıtmağımız mahircəsinə dörd misrada əksin tapıb.Şairə xanıma minnətdaram.ƏHSƏNULLAH!Səhvlərimi bisavadlığıma bağışlamağınızı rica edirəm.
  Müsəddiq Bəxtiyari
MÖHTACIQ
Vardır ürəyimdə min-min arzular,
Yaşılın rəngində,alın rəngində.
Çoxu da qarıyıb qalıb köksümdə,
Qaralıb qapqara xalın rəngində.

İllər yəhərlidir çapır atını,
Kəndiri əlimə keçmir ki,keçmir.
Fikir çaşbaş qalıb,azıb yolunu,
Gözlər də torlanıb qabağı seçmir.

Haradan gəlmişik,hara gedirik?!
Bir Ana bətnindən Torpaq bətninə.
Fəridə,bu həyat sirdir,sehirdir,
Möhtacıq hər yerdə Torpaq ətrinə!..
Fəridə Ləman
скачать dle 12.1
Geri qayıt