KÖÇÜR...
Yaranır, yaşayır ,insan bir qədər,
Gəlişi sevincdi, gedişi kədər,
Kəşf edir dünyanı sonu bu qədər,
Torpaqdan yaranıb, torpağa köçür.
Gəlişi sevincdi, gedişi kədər,
Kəşf edir dünyanı sonu bu qədər,
Torpaqdan yaranıb, torpağa köçür.
Çoxdu gəzən indi şeytan donunda,
Kəməndi var, tələsi var qoynunda,
Neynəsə də,xeyri yoxdu sonunda,
Torpaqdan yaranıb, torpağa köçür.
Pislik edib ,yaxşılıqdan qalan da,
Rüşvət verib, əli rüşvət alan da,
Yaltaqlıqla fəxri-fərman alan da,
Torpaqdan yaranıb, torpağa köçür .
Neçə ölkə fəth eləyən Süleyman ,
Adı,sanı ,şöhrətiylə ucalan,
Mənəm deyib bu dünyada şah olan,
Torpaqdan yaranıb ,torpağa köçür.
Aşıq Novruz,nələr gördün dünyada,
Söykənmədin nə qohuma ,nə yada,
Bu dünyanı var dövləti sayan da ,
Torpaqdan yaranıb ,torpağa köçür
Aşıq Novruz Qazaxlı .
11 : 08 : 25 :
İnsanlar
Görən heç utanırmı ?
Can dediyim insanlar,
Halım sormaq bir yana,
Nədən qaçır insanlar ?
Ya mən dəli olmuşam,
Ya bunlar səhv edirlər,
Səhvlərini deyəndə,
Niyə qaçır insanlar ?
Haqqı seçdim əzəldən,
Dərd asıldı belimdən,
Səhv söz çıxmaz dilimdən,
Səhvə qaçır insanlar.
Beləmi olur həyat ?
Novruz,qəmi yana at,
Dərd eləmə, rahat yat,
Qaçır qaçsın insanlar.
Aşıq Novruz Qazaxlı.
07.08.25
Dünya belə qalan deyil
Salam Allahın adıdı,
Səbir isə nur dadıdı,
Səbirsizlər səbirlənin,
Dünya belə qalan deyil.
Vədəsi var düzələcək,
Əyri gedən sürünəcək,
Kafir olan dilənəcək,
Dünya belə qalan deyil.
Göz də gördüyün çağırar,
Əyrini , düzə çağırar,
Quduz olan hey çığırar,
Dünya belə qalan deyil.
Lazım deyil at oynatmaq,
Yatanları tərs oyatmaq,
Peşə olub ara qatmaq,
Dünya belə qalan deyil.
Aşıq Novruz mərcə girməz,
Düşməninə boyun əyməz,
Haqq yolundan geri dönməz,
Dünya belə qalan deyil.
Aşıq Novruz Qazaxlı.
02 08 25
