İşan Hüseyni – Duaların cavabı
İşan Hüseyni adlı bir həkim vardı,
Elmiylə, vicdanla şöhrət qazandı.
Pakistan doğumlu var adı-sanı,
Hamı tanıyırdı məşhur insanı.
Ağır xəstələri o sağaldırdı ,
Allaha hər zaman dua edərdi.
Xəstələr axtarıb onu tapardı,
Sevinərək muradına yetərdi.
O, Tibb sahəsində uğur qazandı,
Şəfalı əlləri xalqa uzandı .
Ümidlə baxırdı xəstənin gözü,
Ondan ayrılmırdı xəstənin üzü .
(Ona şəfa verən Allahın sözü.)
Əli şəfalıdır nurlu həkimin,
Xəstələr də buna olmuşdu əmin .
O dünya şöhrətli bir alim idi,
Gecə gündüz öyrəndiyi elm idi.
Beynəlxalq çağırış aldı, o bir gün,
Uzaq yol gedirdi , mükafat üçün.
Təyyarə göydəykən ruzigar qopdu,
Uçuş çətin idi, tez eniş etdi.
Sel , su hər tərəfi viran qoymuşdu ,
Sərnişinlər necə cana doymuşdu.
Həkim çox piyada yol qət etmişdi,
Ucqar bir diyara o yetişmişdi.
Dedilər: “Yol uzaq, altı saatlıq,
Maşınla getsəniz , olar rahatlıq.”
Doktor razılaşdı, düzəldi yola,
Düşünürdü: “Çatmalıyam mən ora!”
Yağış , tufan qopdu, yol getmək çətin,
Yollar bağlı idi, olasan mətin .
Həkim kənddə bir ev qapısın döydü,
Qoca bir qarıdan yardım dilədi.
Nurani bir qadın qapını açdı,
O kasıb daxmada könül gül açdı .
Həkim o daxmada bir az isindi,
Qadın fikirləşib sonra da dindi .
Dedi, “Oğul, burda telefon yoxdur,”
Ac qalsaq da bil ki, qəlbimiz toxdur .
Həkimin gör necə , halı pozulmuş,
Qadın isə dərin bir duadaymış.
“Sən keç içəri, bir çay iç, otur,
Çörək də nuş elə, bizə də çatır.
Həkim çox pərişan, dinməz haldaydı,
Qadın isə dərin bir duadaydı.
Beşik də yellənir, uşaq tərpənmir,
Həkim tez soruşdu: “Niyə danışmır?”
Qadın ağlayaraq qəm doldu səsi,
"Bu körpə nəvəmdir, sondu nəfəsi ”
“Atası, anası yoxdur yanında,
Bir kimsə yoxdu ki, baxa anında.
Çox ağır xəstədir , çarəsiz qaçqın,
Bu dərdin əlində qalıbdı çaşqın.”
Dedilər: “Bir həkim vardır uzaqda,
Adı da İşandır, tanınır haqda.”
“Onun əlində var bir şəfa, nurdur,
Amma çatmaq üçün gərək çox puldur.”
“Gecə- gündüz dua edirəm ona,
Qəlbən sığınıram uca Rəbbimə.
Allahım, bir yol aç, sən kömək eylə,
Bu uşağa şəfa bəxş elə yenə.”
Doktor bu sözlərdən doldu duyğudan,
Ağladı sakitcə ,gizli içindən.
Dedi: “Qalx, ay ana! Dualar yetdi,
Rəbbim qapı açdı, O qəbul etdi.”
“Sənin duaların yol verdi mənə,
Yağışla, sel ilə yetişdim sənə.
O axtardığın doktor bil, mən özüməm,
Rəbbimin izniylə qonaq oldum mən!”
Ey insan, düşün, sən ,ibrət al haldan,
Bir dua dəyişər tale, iz, zaman.
Qəlbən dua edib yalvarsan əgər,
Rəbbimdən tapmazsan sən nicat məgər?
İşan Hüseynidir bilikli həkim,
Dualar eşidən Yaradan Hakim .
Unutma: saf dua göyü titrədər,
Əgər ki, könüldən çıxdısa, yetər!
Qadın təəccübdən dayandı, dondu,
Nələr dediyini sanki unutdu.
Sonra diz çökərək dedi: ey "Rəbbim,
Sən zəif bəndənə yetirdin təslim."
Həkim yaxınlaşdı körpə yanına,
Əlin qoydu ürəyinə, canına.
Dedi: "Ümidini heç vaxt itirmə,
Allah şəfa verər, haqqı itirmə.
Çantasında vardı cihaz və dərman,
Elmi – dua ilə bir oldu o an.
Müayinə etdi, yazdı müalicə,
Dedi: " uşaq yenə güləcək gecə."
Ana sevincindən hey dua etdi,
Körpənin çöhrəsi nura büründü.
Sanki evin içi gül açdı, güldü,
Üzlərdə kədər də yox oldu, getdi.
Bəli, bəzən yollar bağlanar birdən,
Bəli, bəzən qismət yön alar göydən.
Dua etsən, dua heç unudulmaz,
Allah diləkləri cavabsız qoymaz.
Gördü İşan Hüseyn o sadə evdə,
Zəngin nə saray var, nə varlı eldə.
Dedi: "Çox böyükdür Allahın əli,
Ürəkdən edilən dua yetərli."
Qadın diz çökərək əllərin açdı,
Şükrlə göylərə səslərin saçdı.
Dedi: “ Uca Rəbbim, nə böyüksən sən,
Qapılar bağlanmaz, sənə min Əhsən!
Doktor baş əyərək , çox fikrə getdi,
Bu səfər dərindən onu titrətdi.
“Elm də, bilik də bir vasitədir,
Şəfanı verən tək O, Allahımdır”.
Uzaq yollar ilə gələni bildin,
Dualarla könülləri fəth etdin .
Bir nənənin göz yaşına sən baxdın,
Göydən yerə Sən mərhəmət axıtdın.
Ey insan, saf qəlbin varsa,qalma mat,
Çağır sən Rəbbimi hər an, hər saat.
Çağırsan açılar bağlı qapılar,
Açılar düyünlər, dolaşıq saplar .
Allahın rəhməti sonsuzdur , inan,
Ola hər bir kəsin qəlbində inam.
Dünya sülh içində bərqərar ola ,
Yaxşılıq hər zaman qəlblərdə qala .
Yazdı nəsihəti Rauf ürəkdən,
Şirzad söyləyəcək yenə diləkdən.
Sözlər unudulmaz, qalacaq yadda,
Dərd varsa, dua var hər dildə, adda.
Rauf İlyasoğlu,
22 07.2025
