Hər kəs düz yolunu seçə

Hər kəs düz yolunu seçə
Şordan şor tamı  da gəlmir,
Güya kərə yağ  satılır.
Xəstəliklər də çoxalır,
Nehrəyə sana qatılır.

Kənd beçəsi adı ilə ,
Dərmanlı beçə satılır.
Mədəmiz yara bağlayır,
Halala  haram qatılır.

Buzova iynə vurulur,
Dana şəkərə tutulur
Heyvan da süni  kökəlir,
Ət yaxşı pula satılır.

Onkoloji xəstəliklər,
Yayılıbdı hər bir yana,
İnsanlığı məhv edirlər ,
Qəsd edirlər şirin cana.

Quraqlığa su çəkilə,
İnsanlar saf sudan içə.
Təkan verək tək ələ ,
Hər kəs düz yolunu  seçə.
Rauf İlyasoğlu,
11 iyul 2024


Rauf görən Qışlaq, o Qışlaq deyil

Ələddin qağa doğulub boya- başa çatdığı Yuxarı Qışlaqdan bir vidio paylaşarkən  yadıma 1978- ci illər Şahbuz rayonunun Yuxarı Qışlaq kındində olduğumuz günlər  düşdü.
2023 cü ilin fevral ayında qələm dostumuz Kirman Rüstəmli ilə birlikdə  bu kəndə gedərkən çox kədərləndim.

Getdim gördüm  ay Ələddin,  Qışlağı ,
Gül- çiçəkli Qışlaq, o Qışlaq deyil .
Görmədim quzular mələşən dağı,
Tər -ləçəkli  Qışlaq, o Qışlaq deyil.

Mamed müəllim əmlik  quzu kəsərdi,
Yuxudan durunca şişə çəkərdi,
Faxrəddin  bostanda nələr əkərdi,
Bərəkətli  Qışlaq ,o Qışlaq deyil .

Mamed kişi  beçə balın kəsərdi,
Ağlım kəsmir kimsə kimdən küsərdi.
Yam- yaşıllı çöllər canlı əsərdi,
Gördüyümüz  Qışlaq ,o Qışlaq deyil.

Fatma nənə  inək , keçi sağardı
Bol olardı qaymaq, pendir, ağartı.
Nehrənin ayranı arxa axardı,
Gördüyüm o  Qışlaq,  o Qışlaq deyil.

Gənclər qaçır şəhərdə iş axtarır,
Qaz da yoxdur, qocalar odun yarır .
Başçı özün  görən günahkar sayır?
Gəzdiyimiz Qışlaq , o Qışlaq deyil.

Çörəyi də Naxçıvandan alırlar,
Yumurtanı alıb borclu qalırlar
Elə bilmə kənddə yuxa salırlar?
Sən gördüyün Qışlaq ,o Qışlaq deyil.
Rauf görən Qışlaq o Qışlaq deyil.
Rauf İlyasoğlu
24 mart 2023.


Məni də dilənçi kökünə saldın.
Dilənmək peşədir yoxsa ki sənət?
Dilənçi öyrənib dilənən bilir,.
Öyrənə bilmirəm mən belə sənət.

Rəngim çönüb olub sankı bir kömür,
Təqaüd yaşına çatarmı ömür?
Kimi barmaq əmir, kimi bal əmir,
Kasıb yeyə bilmir ayda tikə ət.

Qanun kasıb üçün indi  qoyulur,.
Dillənən  kəslərin gözü oyulur
Kommunal adıyla millət soyulur,
Qanun qarşısına çəkilməyə sədd.

İnsan doğulsa da insanlıq ölür,
Xalqıma gör kimlər lağ edib gülür?.
Nefti qazı,suyu gör kimlər bölür?
Ac qalır uşaqkən etdirən sünnət.
RAUF İLYASOĞLU
скачать dle 12.1
Geri qayıt