QAYITDIM

QAYITDIM

Sərvər Məsum

Döndüm uşaq çağlarıma bu gecə ,
Qonşunun qapısın döydüm, qayıtdım
Başına qalıbdı bu dalan , küçə ,
Qarğıdım fələyi söydüm , qayıtdım.

Yenə güneylərdə bafanı sərdim ,
Yenə kal almanı budaqdan dərdim ,
Yenə susuz qalıb bostanım , kərdim ,
Narzan bulağına dəydim , qayıtdım.

O kimdi danışır divlərin haqda,
O kimdi ayağı qalıb qaçaqda,
Alyanaq gilaslar qaldı budaqda,
Uca budaqları əydim , qayıtdım.

Sabahlar oyatdı xoruzun banı ,
Əlimdə çomaqla gəzdim yarğanı ,
Yallama mindiyim çilli at hanı....
.... İlləri əynimə geydim , qayıtdım.

 

 


скачать dle 12.1
Geri qayıt