SON DƏQİQƏ

Səndən sonra

Tarix:

14-05-2026, 13:49

/ 2 500 dəfə oxundu.
Səndən sonra

SƏNDƏN SONRA

Həyatın axarı dəyişdi birdən,
Sanki bir fırtına qopdu qəlbimdə.
Səssizlik bürüdü bütün dünyanı,
Hər şey yarım qaldı xatirələrdə.

Yolların sonunu görə bilmirəm,
Dumanlı sabaha açılır gözüm.
Sənli günlərimi qaytarmaq üçün
Tapılmır dərdimi deyən sözüm.

Ruhum bir boşluqda vurnuxur sanki,
Hicranın odunda yanıb-sönürəm.
Nə qədər çalışsam, nə qədər etsəm,
Səndən sonra özümə gələ bilmirəm.

Güzgüdə gördüyüm yad birisidir,
Baxışım donubdur, gülüşüm yalan.
Sənli günlərimi alıb apardın,
Mənə xatirəndir yadigar qalan.

Zaman da dayanıb, keçmir ki, keçsin,
Hər saat bir iltək uzanır gedir.
Xəyalın hər gecə qonağım olur,
Məni mənliyimdən qoparıb gedir.

Bilmirəm bu yollar hara aparır,
Daha nə ümid var, nə də bir güman.
Hər kəsə “yaxşıyam” desəm də belə,
Səndən sonra özümə gələ bilmirəm.

Hər tərəf sükutdur, hər tərəf boşluq,
Səsin qulağımda bir əks-səda.
Mən səni itirib özümü tapdım,
Ruhum təkbaşına qaldı dünyada.

İndi xatirələr yandırır məni,
Hər küncdə, hər yerdə izin görünür.
Nə qədər ömürdən qaçmaq istəsəm,
Səndən sonra özümə gələ bilmirəm.

Küləklər pıçıldayır sənin adını,
Yağışlar gözümdən süzülüb gedir.
Bu qərib Naxçıvanın hər küçəsində
Mənim tənha kölgəm üzülüb gedir.

Artıq nə təsəlli, nə çarə vardır,
Bu eşqin yükünü mən tək daşıyıram.
Hamı elə bilir sağam, varam mən,
Səndən sonra özümə gələ bilmirəm.

Zülfü Əmirov 
Jurnalistika ixtisası üzrə I kurs tələbəsi

скачать dle 12.1

Şərhlər