ABŞ Rusiyanın nazirinə viza vermədi
![ABŞ Rusiyanın nazirinə viza vermədi](https://gunaz.az/uploads/posts/2022-09/medium/1662092157_shutterstock_624512744.jpg)
ABŞ Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevin BMT daxili işlər nazirlərinin sammitində iştirakının qarşısını alıb.
Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.
Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinə viza verilməyib.
"Bununla bağlı bir daha qeyd etmək istərdik ki, nümayəndələr üçün vizaların verilməsi ABŞ-ın imtiyazı deyil, beynəlxalq hüquqi öhdəliyidir”, - Nebenzya əlavə edib