Suriyaya yenidən zərbələr endirilir- Ölənlər var

Suriyaya yenidən zərbələr endirilir- Ölənlər var

İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqin ətrafı və Tartus əyalətinə hücumu zamanı üç suriyalı hərbçi həlak olub, bir neçəsi isə yaralanıb.

Bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri iki istiqamətdən hücuma keçib. Dəməşqin ətrafı Beyrut tərəfdən, Tartus əyaləti isə Aralıq dənizi tərəfdən hücuma məruz qalıb.

Ölkənin hava hücumundan müdafiə sistemləri İsrailin hücumunu dəf edərək, raketlərin bir hissəsini məhv edib. Lakin hücum üç hərbçinin ölümü, daha üç hərbçinin yaralanması ilə nəticələnib. Bundan əlavə, maddi ziyan da dəyib.

скачать dle 12.1
Geri qayıt