Rusiyada havanın temperaturu mənfi 41 dərəcəyə düşəcək

Rusiyada havanın temperaturu mənfi 41 dərəcəyə düşəcək
Rusiya Fövqəladə Hallar Nazirliyi Nijni Novqorod vilayətinin sakinlərinə havanın temperaturunun mənfi 40 dərəcəyədək düşəcəyi ilə bağlı xəbərdarlıq edib.
Bu barədə "İnterfaks" agentliyi  Rusiya FHN-ə istinadən məlumat yayıb.  
Məlumata əsasən, yanvarın 9-da vilayətin mərkəzi və şimal rayonlarında, habelə Nijni Novqorod şəhərində temperaturun mənfi 30-35, bəzi yerlərdə isə 40-41 dərəcə olacağı bildirilir.  
Nijni Novqorod vilayətinin Təhsil nazirliyi havaların anomal soyuq keçməsi ilə əlaqədar valideynlərə uşaqları məktəblərə göndərməməyi tövsiyə edib.
Hazırda Nijni Novqorod şəhərində havanın hərarəti mənfi 32 dərəcəyə qədər enib.
Gunaz.az
скачать dle 12.1
Geri qayıt