Ərdoğan İrana gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 19-u İrana bir günlük səfər edəcək.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyə lideri İran Prezidenti Seyid İbrahim Rəisi və digər rəsmi şəxslərlə görüşəcək.
Görüşlərdə regional məsələlərin müzakirə ediləcəyi gözlənilir.