Türkiyə məhv etdiyi terrorçuların sayını açıqladı

Türkiyə məhv etdiyi terrorçuların sayını açıqladı
Türkiyə ordusu avqustdan indiyə qədər Suriyada 1536 İŞİD-çi və 306 kürd terrorçusunu məhv edib.
Bu barədə informasiyanı Türkiyə Silahlı Qüvvələri yayıb.
Qeyd edək ki, Türkiyə 2016-cı il 24 avqustdan bu yana Suriyada "Fərat qalxanı” əməliyyatı aparır. Əməliyyat nəticəsində Türkiyənin bütün sərhəd əraziləri İŞİD-dən təmizlənib. "Fərat qalxanı”nın əsas məqsədi Türkiyənin milli təhlükəsizliyinə yaranan təhdiddir. Ankara Suriyada eyni anda həm İŞİD, həm PYD ilə (PKK-nın Suriya qanadı – red.) döyüşür.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt