İrəvanda mitinq: Etirazçılar Lavrovun qaldığı otelə gedir...
İrəvanın mərkəzində Müqavimət hərəkatının nümayəndələri mitinq keçirir.
GunAz.az xəbər verir ki, etirazçılar Fransa meydanından yola çıxaraq, Rusiya nümayəndə heyəti, o cümlədən hazırda İrəvanda səfərdə olan Rusiya XİN rəhbəri Sergey Lavrovun qaldığı otelin yaxınlığından keçməyi planlaşdırır.
"Biz öz iradəmizi göstərib, tələblərimizi yenidən səsləndirəcəyik. Sabah yenidən bir araya gəlib öz mövqeyimizi ifadə edəcəyik. Erməni xalqının səsi eşidilməlidir", - hərəkatın koordinatoru, Ermənistan parlamentinin müxalifətdən olan vitse-spikeri İşxan Saqatelyan bildirib.
