Kerri siyasətdən gedir

Kerri siyasətdən gedir

ABŞ-ın dövlət katibi Con Kerri yanvarın 20-də istefa verdikdən sonra dövlət qulluqçusu karyerasına son qoyacağını bəyan edib.     

 "RİA Novosti”-nin verdiyi xəbərə görə, bunu o Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib.  

Qeyd edək ki, 73 yaşı olan C.Kerri 2013-cü ilin fevralında dövlət katibi vəzifəsinə təyin edilib və yanvarın 20-də Barak Obama administrasiyası ilə birlikdə istefa verəcək.

Kerri 30 il Massaçusets ştatından senator olub. 2004-cü ildə prezident seçkilərində ikinci müddətə seçilən Corc Buşa məğlub olub.  

Gunaz.az

скачать dle 12.1
Geri qayıt