Rusiya bu şəhəri də işğal etmək üzrədir - MN

Svyatoqorsk şəhərinin ələ keçirilməsi tamamlanır, Ukrayna qüvvələri Severski Donets sahili boyunca dağılırlar.
GunAz.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
Konaşenkovun sözlərinə görə, təxminən 80 nəfər çayı üzərək keçə bilib:
"Ukrayna qoşunlarının Svyatoqorskdan geri çəkilməsinin qarşısını almaq üçün baraj dəstələri kimi çıxış edən Ukraynanın "millətçi" birləşmələri bu gün Severski Donets çayı üzərindəki körpünü partladıblar”.