Erməni deputat mitinqdə döyüldü

Erməni deputat mitinqdə döyüldü

İrəvanda etirazçılarla polislərin qarşıdurması zamanı "Ermənistan” fraksiyasının deputatı Tadevos Avetisyan döyülüb.

Deputat polislər tərəfindən vəhşicəsinə döyüldüyünü, futbolkasının cırıldığını bildirib.

"Polislər etirazçıların olduğu yerə gəldilər və döyməyə başladılar. Deputat olduğumu biləndə vəhşicəsinə döydülər”, - erməni deputat bildirib.

O, qarşıdurmada xeyli insanın xəsarət aldığını və əvvəllər polisin bu cür hərəkətlərinin şahidi olmadığını söyləyib.

скачать dle 12.1
Geri qayıt