Berlinin bu kampaniyası qəbuledilməzdir - Ankara

Berlinin bu kampaniyası qəbuledilməzdir - Ankara

Almaniyanın Yunanıstanın təxribatına uyğun siyasət yürüdərək, ölkəmizə qarşı qarayaxma kampaniyasında iştirak etməsi qəbuledilməzdir.

GunAz.az xəbər verir ki, bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.

 

"Biz NATO-da birgə iştirakımıza rəğmən, Yunanıstanın ölkəmizin hava məkanını pozmasına, təyyarələrimizi ölkəmizin hava məkanında və beynəlxalq hava məkanında sıxışdırmağa çalışmasına qarşı suverenliyimizi müdafiə etməyə davam edəcəyik”, – Türkiyə XİN qeyd edib.

Bəyanatda bildirilib ki, Yunanıstan dünyada öz ərazi sularından daha böyük hava məkanına iddialı olan yeganə ölkədir:

"Bu qeyri-qanuni iddiaya əsaslanaraq, beynəlxalq hava məkanından 6-10 mil məsafədə olan uçuşları "Yunanıstan hava məkanının pozulması” kimi qələmə vermək düzgün hesab olunmur”.


скачать dle 12.1
Geri qayıt