İranda nə baş verir?- General gizli bazaya getdi

İran Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Məhəmməd Baqeri "313 Məxfi Dron Bazası"na baş çəkib.
Bu barədə İran ordusunun ictimaiyyətlə əlaqələr xidməti məlumat yayıb.
Sözügedən bazanın İranın gizli və yeraltı PUA bazalarından biri olduğu bildirilir.
Səfər zamanı general Baqeriyə müxtəlif hərbi hücum və uzaqmənzilli pilotsuz təyyarələrin istehsalı sahəsində ən son imkanlar barədə məlumat verilib.