Ukrayna-Rusiya müharibəsində son durum

Rusiya Silahlı Qüvvələri sutka ərzində Donetsk və Luqansk vilayətlərinin 45 kəndini atəşə tutub.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin məlumatında deyilir.
Bildirilib ki, silahlı təxribat nəticəsində azı 7 mülki şəxs həlak olub, 8-i yaralanıb.
Həmçinin mülki infrastruktura, o cümlədən yaşayış binalarına, evlərə, müxtəlif təyinatlı obyektlərə zərər dəyib.