Bolqarıstan və ABŞ razılaşdı: rus qazından da ucuz qiymətə...

Bolqarıstan ABŞ-dan mayeləşdirilmiş təbii qaz tədarük etməyə razılaşıb.
GunAz.az xəbər verir ki, bu barədə Bolqarıstan Baş naziri Kirill Petkov və ABŞ-ın vitse-prezidenti Kamala Harris arasında Vaşinqtonda keçirilən görüşdən sonra bildirilib.
Baş nazir Petkov qeyd edib ki, ABŞ-la tərəfdaşlıq AB-nin həmrəyliyi və dəstəyi ilə birlikdə Bolqarıstanın qaz müstəqilliyinin təmin edilməsinin vacib hissəsidir.
Qeyd olunub ki, iyun ayından etibarən Bolqarıstana maye qazın real tədarükü "Qazprom”dan daha aşağı qiymətlərlə həyata keçiriləcək.